Təkmil peyk qarışdırma sistemi ABŞ Kosmik Qüvvələrinə təhvil verilib

2025/06/1749628711.jpg
Oxunub: 400     19:21     18 İyun 2025    
ABŞ-də yerləşən müdafiə şirkəti “L3Harris Technologies” düşmən peyk rabitəsini pozmaq üçün hazırlanan “Meadowlands” Əks Əlaqə Sistemini (CCS) ABŞ Kosmik Qüvvələrinin Elektromaqnit Mübarizə bölməsinə təhvil verib.

Ordu.az xəbər verir ki, mobil və yer əsaslı sistem olaraq dizayn edilən “Meadowlands” düşmən peyklərinin əlaqə saxlamasının qarşısını almaq üçün radiotezliklər vasitəsilə qarışdırma (jamming) fəaliyyətləri həyata keçirir.

Sistem əvvəlki CCS modellərindən daha yığcamdır və portativ qoşqulara quraşdırılmış quruluşu ilə diqqət çəkir.

L3Harris tərəfindən verilən açıqlamada “Meadowlands”in modul və açıq bir arxitekturaya sahib olduğu, gələcək yeniləmələrin və yeni texnologiyaların asanlıqla inteqrasiya oluna biləcəyi vurğulanıb.

Artan avtomatlaşdırma imkanları sayəsində həm sistemin effektivliyi artır, həm də düşmən elementləri tərəfindən aşkarlanma riski azalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmik-Qüvvələr  


Bizi "telegram"da izləyin