Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Etiraz etmək istəyən insanlar çox böyük güclə qarşılaşacaqlar”, – Tramp Ağ evdə jurnalistlərə bildirib.
O, etirazçıların ABŞ-ni nifrət edən insanlar olduğunu düşündüyünü əlavə edib.
May ayının əvvəlində ABŞ ordusu iyunun 14-də Vaşinqtonda özünün 250 illiyi şərəfinə hərbi parad keçirəcəyini bildirmişdi. Paradın keçirilmə tarixi Trampın ad günü ilə üst-üstə düşür, ona həmin tarixdə 79 yaş tamam olacaq.
Ordu.az