Ordu.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında məlumat verib.
“Bunlar Baranovka, Berezovka, Novonikolayevka, Spodobovka, Staroveryovka, Duvanka və Fyodorovka kəndləridir”, - o yazıb.
Sinqequbovun sözlərinə görə, bu qərar düşmənin həmin əraziləri intensiv atəşə tutması ilə bağlı olub. Son 2 ayda icmanın PUA və RYAS-lardan atəşə tutması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb, 87 şəxsi ev və 27 çoxmənzilli yaşayış binası zərər görüb.
“Ümumilikdə 181 uşağı təhlükəsiz yerlərə təxliyə etməyi planlaşdırırıq”, - Sinequbov qeyd edib.
O bildirib ki, təxliyə olunanların hamısı müvəqqəti mənzillə təmin olunacaq, məcburi köçkün statusu almaqda dəstək görəcəklər, sosial müavinətlərdən və humanitar yardımlardan yararlanacaqlar.
Ordu.az