Ordu.az xəbər verir ki, bu barədə “Defencereview” məlumat yayıb.
XX Zirehli Diviziya, 5-ci Hava Desant Briqadası, 1-ci Quru Aviasiya Briqadası, Xüsusi Hərb Komandanlığı və F-16 döyüş təyyarələrinin iştirakı ilə həyata keçirilən təlimdə çoxyönlü müdafiə ssenariləri yer alıb.
Təlim çərçivəsində IMMEDIATE RESPONSE 25 proqramı çərçivəsində SARISA SRS-2A tipli PUA-lar lazerlə idarə olunan raketlərlə virtual atışlar edib.
Bundan əlavə, “Altus” şirkətinin hazırladığı “Atlas-8H” modeli “Akeron-MP” tank əleyhinə raketi ilə təqdim edilib. Bu sistemlər həm açıq ərazidə, həm də şəhər mühitində səmərəli şəkildə istifadə edilə bilər.
Avropada yerləşən MBDA şirkəti isə Yunanıstanın MILTECH və ALTUS şirkətləri ilə əməkdaşlıq edərək, “Akeron-MP” raketini daşıyan taktiki PUA inkişaf etdirmə layihələrini davam etdirir.
Sevinc Əliyeva
Ordu.az