Rusiya bombardmançı təyyarələrini Ukrayna sərhədindən uzaqlaşdırıb

2025/06/1749544851.jpg
Oxunub: 416     10:51     11 İyun 2025    
Rusiya Ukraynanın artan Pilotsuz Uçuş Aparatı (PUA) hücumlarından qorunmaq üçün strateji “Tu-160 Blackjack” bombardmançılarını ölkənin uzaq şərqindəki “Anadır” aviabazasına yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Bu baza ABŞ-nin Alyaska ştatından cəmi 500 kilometr aralıdadır, yəni Rusiya Ukraynadan qaçarkən, öz təyyarələrini geosiyasi rəqibi ABŞ-nin astanasına çatdırıb.

“Defence Express” tərəfindən dərc edilən peyk görüntüləri “Anadır”da ən azı 2 “Tu-160” olduğunu ortaya qoyub. Heç bir yol əlaqəsi olmayan, yalnız hava və mövsümi dəniz yanacaq doldurma ilə dəstəklənən bazanın yeri Ukraynadan 6600 kilometrdən artıq məsafədə yerləşir ki, bu da onun niyə seçildiyini izah edir.

Bu addım Rusiyanın strateji bazalarını hədəf alan, “Hörümçək toru” kimi tanınan Ukrayna PUA-larının hücumları dalğasından sonra atılıb.

Xüsusilə “Engels” və “Olenya” kimi əsas bazalardakı itkilərdən sonra Rusiya hərbi komandanlığı strateji hava aktivlərini daha təcrid olunmuş və uzaq yerlərə çəkməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin