“Amerika artıq qlobalist olmayacaq, neokonsevativ ideyalara da uyğun hərəkət etməyəcək. Biz sülh, inkişaf və qarşılıqlı anlaşma istəyirik”, - deyə o bildirib. Bunlar əsasən Yaxın Şərqdə inqilabi dəyişikliklərin konturlarını ifadə edən açıqlamalardır və əlbəttə ki, ABŞ siyasətinin “müqəddəs həqiqətləri” hesab olunmaya bilər, amma şübhəsiz ki, Trampın Yaxın Şərq siyasətinin fəlsəfəsini və əsas konseptual qatlarını əks etdirir.
Üstəlik, Tramp ərəb ölkələrinə səfəri ilə artıq baş verən böyük dəyişikliklərin siqnallarını verib və bu, artıq Yaxın Şərqdə geniş vüsət alır. Qafqaz üçün əsas əhəmiyyətli inkişaflar məhz burada baş verir, Ukrayna cəbhəsində deyil. Bəli, Ukraynada baş verənlər əhəmiyyətsiz deyil, amma Yaxın Şərq regionu bizim mövqeyimizin əsas yeridir və ona görə də burada baş verən inqilabi dəyişikliklər bizim üçün dönüş nöqtəsidir. Qafqaz bütün bu proseslərə münasibətdə əsaslı, konseptual mövqeyini formalaşdırmalıdır ki, regional böyük dəyişiklik prosesində obyektiv iştirakçı “qismət”i deyil, subyektiv iştirakçı olsun.
Çünki bu dəyişikliklər həm imkanlar, həm risklər, həm çağırışlar, hətta təhlükələr də gətirəcək. Yaxın Şərqin arxitekturasının dəyişməsi prosesi əlbəttə asan olmayacaq və tez bitməyəcək. Üstəlik, buna, çox güman ki, uzunmüddətli bir proses kimi yanaşmaq lazımdır və əsas məqsəd də nəticəyə deyil, məhz prosesin özünə hazır olmaq olmalıdır. Çünki Vaşinqton prosesi yəqin ki, artıq başladıb, amma nəticə mütləq olaraq proses ərzində formalaşacaq, çünki məsələ geosiyasi əsas masada olacaq və orada hələlik möhkəm mövcud olan üç oyunçu – ABŞ, Rusiya və Çin iştirak edirlər.
Asif Cəfərov
Ordu.az