Pakistan və Çindən böyük müqavilə: 40 ədəd J-35, KJ-500 və HQ-19 raketdən müdafiə sistemləri

2025/06/1749536768.jpg
Oxunub: 101     09:49     10 İyun 2025    
Pakistan Çindən 40 ədəd beşinci nəsil J-35 döyüş təyyarəsi, KJ-500 havadan erkən xəbərdarlıq və nəzarət (AWACS) təyyarəsi və HQ-19 raketdən müdafiə sistemləri də daxil olmaqla, Çindən böyük miqdarda qabaqcıl hərbi təchizat satın almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Pakistan Baş naziri Şahbaz Şərif bu barədə rəsmi sosial media hesabında məlumat verib.

Verilən rəsmi açıqlamada qeyd olunub: “Pakistan Baş nazir Məhəmməd Şahbaz Şərifin rəhbərliyi altında Çindən 40 ədəd J-35 beşinci nəsil təyyarə, “KJ-500 Oaks”, HQ-19 müdafiə sistemi və 3,7 milyard dollar kreditin ödənilməsinin təxirə salınması da daxil olmaqla, bir çox mühüm diplomatik uğurlara imza atıb. Bundan əlavə, “Huawei”nin köməyi ilə 100 000 pakistanlı süni zəka və informasiya texnologiyaları üzrə təhsil alacaq”.

Pakistanın yüksək rütbəli hökumət rəsmisi bildirib ki, təyyarələrin tədarükünün bir neçə ay ərzində başlanması gözlənilir və Pakistan ekipajları hazırda Çində uçuş təlimi alırlar.

Bu, Çinin “Shenyang Aircraft Corporation” şirkəti tərəfindən inkişaf etdirilən J-35 üçün ilk ixrac müqaviləsidir. 2010-cu illərin əvvəllərində xüsusi bir təşəbbüs olaraq dizayn edilən döyüş təyyarəsi ABŞ istehsalı olan F-35-ə çıxışı olmayan ölkələr üçün əlverişli beşinci nəsil variant kimi satılır.

Hərbi ekspertlərin fikrincə, Pakistanın gələcək FC-31 parkı 400 kilometrə qədər məsafədəki hədəfləri vura bilən uzun mənzilli PL-17 “hava-hava” raketləri ilə təchiz ediləcək və bu, təyyarənin aşağı radar izi ilə birləşdirildikdə, yeni sistemlər Pakistanın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Çin  


Bizi "telegram"da izləyin