Erməni politoloq: “Türkiyə və Azərbaycan Ermənistan hakimiyyətinin təhlükəsizliyinin qarantıdır”

2025/06/1749533983.jpg
Oxunub: 432     16:38     12 İyun 2025    
“Ermənistan hakimiyyətinin Türkiyə və Azərbaycanın timsalında ciddi dəstəyi var, onlar hər an və istənilən yolla yardıma gələ bilərlər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 2021-ci ildə hökumət dəyişikliyinin zəruriliyi və Baş nazirin istefası ilə bağlı bəyanatını xatırladıb.

Danielyan qeyd edib ki, bundan sonra Türkiyə prezidenti rusiyalı həmkarına bunun Ermənistanda təlatümlərə səbəb ola biləcəyini deyib.

Danielyan bildirib ki, bu, Ermənistanın hazırkı hakimiyyətinə vəzifədə qalmağa imkan verib, sonra isə Ermənistan hakimiyyətinin Türkiyə və Azərbaycandan asılılığı daha da artıb.

Erməni politoloq Türkiyə və Azərbaycanı Ermənistan hakimiyyətinin təhlükəsizliyinin qarantı adlandırıb.

“Hökumətin ölkə daxilində nüfuzu azaldıqca, Türkiyə və Azərbaycandan asılılıq da artır”, - deyə erməni ekspert qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin