Ordu.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
“Düşünərdim ki, o mənimlə danışmaq istəyir. Bəlkə də artıq zəng vurub. Ondan zəng edib-etmədiyini soruşsanız yaxşı olar. Amma mənim buna qarşı heç bir etirazım yoxdur”, - Tramp əlavə edib.
ABŞ prezidenti Maskın yerində olsaydı, belə bir söhbətə ümid edəcəyini vurğulayıb.
Eyni zamanda Tramp Maskın zənginə cavab verib-verməyəcəyini dəqiq deməyib. O, jurnalistin sualını cavablandırarkən vurğulayıb: “Mən bunu demək istəmirəm” .
Ağ Evin mətbuat katibi Kerolayn Livitt iyunun 8-də bildirib ki, Tramp yaxın günlərdə Mask ilə danışmaq niyyətində deyil.
Ordu.az