KİV: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini dayandırmaq niyyətində deyil

2025/06/1749531913.jpg
Oxunub: 354     00:47     10 İyun 2025    
ABŞ hakimiyyəti hələ ki, Ukraynaya peyk kəşfiyyatı məlumatlarının verilməsini dayandırmaq niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın mənbələrə istinadən yazır.

“(Tramp administrasiyası – red.) Ukraynanın ABŞ-nin peyk kəşfiyyatına çıxışını dayandırmayacaq. Bu peyk görüntüləri Ukrayna üçün açardır”, – məqalədə bildirilir.

Nəşr həmçinin hesab edir ki, ABŞ Kiyevə əvvəllər göstərilən yardımın davamını təklif edə bilər.

Üstəlik, qeyd olunub ki, Tramp çox güman ki, Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün diplomatik səylərdə fəal iştirakını dayandıracaq və həm Kiyevi, həm də Moskvanı “tapşırdığı kimi etməməkdə” günahlandıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Kəşfiyyat  


Bizi "telegram"da izləyin