Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır

2022/03/1646723710.jpg
Oxunub: 541     17:54     09 İyun 2025    
Ötən həftə Ukraynanın Sumı vilayətinin yaşayış məntəqələrindən 897 nəfər, o cümlədən 137 uşaq təxliyə edilib.

Ordu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayət polisi məlumat verib.

Hazırda vilayətdən təxliyə edilməli olan əhalinin ümumi sayı 34,7 mini keçir.

Hazırda beş kilometrlik sərhəd zonasındakı 59 yaşayış məntəqəsinin bütün sakinləri təxliyə edilib. Eyni zamanda, Sumı şəhərindən təxliyə elan edilməyib, insanlar şəhəri öz istəkləri ilə tərk edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sumı   Ukrayna  


Bizi "telegram"da izləyin