Umerov: "Rusiya ilə həlak olanların meyitlərinin "6000-in 6000-ə" formatında mübadiləsi üzərində iş aparılır"

2025/05/1748021370.jpg
Oxunub: 419     17:28     09 İyun 2025    
Ukrayna Rusiya ilə həlak olmuş əsgərlərin meyitlərinin "6000-in 6000-ə" formatında mübadiləsi üzərində işləyir.

Ordu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov sosial şəbəkələrdə bildirib.

O, bu gün Rusiya ilə əsirlərin irimiqyaslı mübadiləsinin ilk mərhələsinin keçirildiyini xatırladıb.

R.Umerovun sözlərinə görə, İstanbulda əldə edilmiş razılaşmalar ayrı-ayrı kateqoriyalardan olan hərbi əsirlərin: ağır yaralıların, ciddi xəstəlikləri olanların və 25 yaşına çatmayan hərbçilərin mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur.

Müdafiə naziri mübadilə prosesinin yaxın günlərdə davam edəcəyini qeyd edib.

"Ukrayna hər gün "hamının hamıya" mübadilə formulunun reallığa çevrilməsi üzərində işləyir", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Umerov   Ukrayna  


Bizi "telegram"da izləyin