TSQ Rusiya-Ukrayna müharibəsindəki texnoloji dəyişiklikləri yaxından izləyir

2025/06/1749459430.jpg
Oxunub: 603     16:00     09 İyun 2025    
“Davamlı dəyişən döyüş sahəsində ölkələr texnologiyanın inkişafı ilə birlikdə yeni texnika və taktika hazırlayır. Türkiyə Silahlı Qüvvələrimiz Rusiya və Ukrayna müharibəsi ilə birlikdə savaşın təbiətində meydana gələn dəyişiklikləri yaxından izləməkdə və əldə edilən dərslər çərçivəsində milli və yerli yüksək texnologiyalı insanlı və insansız silah sistemləri ilə müdafiə infrastrukturunu gücləndirməyə davam etməkdədir”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələri Ukraynanın Rusiyaya qarşı geniş miqyaslı PUA hücumları fonunda Türkiyə Silahlı Qüvvələrinin analoji təhdidlərə hazırlığı ilə bağlı açıqlamasında bildirib.

İyunun 1-də Ukrayna Rusiyanın dərinliklərində yerləşən beş kritik hava bazasına sinxron hücum həyata keçirdi. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən planlaşdırılmış bu əməliyyat “Hörümçək Toru” adı ilə qeydə alındı.

Hədəf alınan bazalar:

Olenya (Murmansk) – “Tu-95” strateji bombardmançı təyyarələrinin yerləşdiyi baza
Belaya (İrkutsk) – uzaq mənzilli hava əməliyyatlarında əsas rol oynayan baza
Dyagilevo (Ryazan) – tanker və strateji platformalar üçün kritik mərkəz
İvanovo Severni – təlim və logistik funksiyalı obyekt
Axtubinsk (Astraxan) – yeni nəsil hava vasitələrinin sınaq mərkəzi

Hücum metodları

Əməliyyatda kamikadze və FPV tipli PUA-lar geniş şəkildə istifadə edildi. Bəzi pilotsuz sistemlərin Rusiya daxilində sivil yük maşınları üzərindən gizlicə yerləşdirilərək buraxıldığı iddiaları əməliyyatın qeyri-adi və yaradıcı təbiətini ortaya qoyur.

İddia edilən itkilər

Ukrayna rəsmilərinin açıqlamasına görə:

40-dan çox döyüş təyyarəsi zərər görüb;
Bunlar arasında “Tu-95”, “Tu-22M3” və “A-50 AEW&C” tipli hava platformaları yer alır;
Rusiya üçün ümumi maddi zərərin 2-7 milyard dollar arasında olduğu iddia edilir.

Rusiya Müdafiə Nazirliyi hücumları təsdiqləyib, lakin sadəcə bir neçə təyyarənin zərər gördüyünü bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin