Ordu.az xəbər verir ki, TASL Heyərabad şəhərində yüksək texnologiyalı yeni istehsal müəssisəsi inşa edəcək.
Bu müəssisədə “Rafale”in arxa gövdə yan panelləri, tam arxa hissə, orta və ön gövdə kimi mühüm struktur komponentləri istehsal olunacaq. İlk gövdələrin 2028-ci maliyyə ilində tamamlanması, müəssisənin isə ayda iki tam gövdə istehsal gücünə çatması planlaşdırılır.
“Dassault Aviation” şirkətinin baş direktoru Erik Trappier bildirib: “Rafale” gövdələri ilk dəfə Fransadan kənarda istehsal olunacaq. Bu addım Hindistandakı təchizat zəncirimizin möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyır”.
TASL baş direktoru Sukaran Sinqh isə bu layihənin Hindistanın aerokosmik sənayesində yeni bir mərhələ olduğunu qeyd edib: “Bu, “Tata Advanced Systems”ə olan etimadın və “Dassault”la əməkdaşlığımızın gücünü göstərir”.
İmzalanan müqavilələr Hindistanın “Make in India” və “AtmaNirbhar Bharat” (Özünü təmin edən Hindistan) proqramlarına dəstək verir. “Dassault”-”Tata” tərəfdaşlığı Hindistanın qlobal aerokosmik təchizat zəncirindəki rolunu gücləndirməyi və iqtisadi müstəqillik hədəflərinə töhfə verməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az