MİT Əfqanıstan-Pakistan sərhədində İŞİD üzvünü ələ keçirib

2025/06/1748840654.jpg
Oxunub: 591     04:50     02 İyun 2025    
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Pakistan kəşfiyyat təşkilatı İSİ ilə birgə keçirdiyi əməliyyatda axtarılan İŞİD liderlərindən biri olan Özgür Altun Pakistan-Əfqanıstan sərhədində ələ keçirilib.

Ordu.az xəbər verir ki, MİT, Avropa və Orta Asiyadan gələcək İŞİD üzvlərinin Əfqanıstan-Pakistan bölgəsinə türk əsilli şəxs vasitəsilə keçəcəyini, həmin şəxsin eyni zamanda təşkilatın media və logistikadan cavabdeh İŞİD üzvü olduğunu müəyyən edib.

Araşdırmalar nəticəsində həmin şəxsin Əbu Yasir Əl-Türki ləqəbli Özgür Altun olduğu müəyyən edilib.

Daha sonra MİT və İSİ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD üzvü Altun Pakistan-Əfqanıstan sərhədində tutularaq Türkiyəyə deportasiya edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİT   Əfqanıstan   Pakistan   İŞİD  


Bizi "telegram"da izləyin