Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili “Sky News” telekanalına müsahibəsində miqrasiya ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə ölkəyə gələn miqrantların sayı gedənlərdən 431 min nəfər çox olub. 2023-cü ildə bu rəqəm 860 min təşkil edib və 2023-cü ilin iyununda bitən 12 aylıq dövr üçün 906 min nəfərlik tarixi rekord qeydə alınıb.
“Həqiqət budur ki, son beş ildə Britaniya sərhədlərinə nəzarəti itirib və əvvəlki hökumət (Mühafizəkarlar – red.) keçən il xaos içində rekord səviyyədə miqrasiya ilə yadda qalıb”, - nazir bildirib.
2024-cü ildə 36,8 mindən çox qanunsuz miqrant Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə qayıqla gəlib ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Rekord göstərici 2022-ci ildə 45,7 mindən çox miqrantın Britaniya sahillərinə çatdığı vaxt qeydə alınıb. Böyük Britaniya hakimiyyəti sığınacaq axtaranların hotellərdə yerləşdirilməsi üçün gündə bir neçə milyon funt sterlinq xərcləyir.
Ordu.az