Ordu.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.
Hücumlar Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” aerodromlarına və başqalarına edilib.
Hesablamalara görə, Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər.
“İnterfaks-Ukrayna” qeyd edib ki, hazırda “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” aerodromlarında təyyarələr yanır. “Malyukun (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk – red.) sayəsində Rusiya Federasiyası indi “demilitarizasiya” sözünün əsl mənasını başa düşür”, - agentliyin mənbəyi bildirib.
***
Ukrayna Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər regionlarında yerləşən hərbi aerodromlarında 40 strateji hərbi təyyarəsi məhv edilib.
Ukrayna teleqram kanalları dron hücumunun və məhv edilən strateji bombardmançı təyyarələrin görüntülərini də yayıb.
Rusiya Müdafiə Nazirliyi hələ ki, Ukraynanın Rusiya hərbi aerodromlarına PUA hücumu barədə məlumatı təsdiqləməyib.
Ordu.az