"Türkiyə Rusiya-Ukrayna danışıqların baş tutması üçün səy göstərir" - Ərdoğan

2025/03/1742837406.jpg
Oxunub: 775     09:12     01 İyun 2025    
Türkiyə Rusiya və Ukrayna arasında danışıqların İstanbulda baş tutması üçün səy göstərir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Prezidenti Rumen Radevlə telefon söhbətində bildirib.

Ərdoğan Türkiyənin bölgədə sülhü təmin etmək üçün əlindən gələni etdiyini bildirib.

Prezidentlər, həmçinin Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin