İsrail Ordusu Qəzzada onlarla hədəfə hava zərbələri endirib

2024/09/1726808496.jpg
Oxunub: 826     20:20     31 May 2025    
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında onlarla hədəfə yeni zərbələr seriyası endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sutka ərzində anklavın bütün ərazisi üzrə zərbələr endirilib, hədəflər hərbi obyektlər, müşahidə qüllələri, nişançı mövqeləri, digər infrastruktur obyektləri, həmçinin ayrı-ayrı silahlı hərəkat üzvləri olub.

Qeyd olunub ki, hərbçilərin əməliyyatı nəticəsində HƏMAS hərəkatının nümayəndəsi Xəlil Faruana məhv edilib. İsrailə görə, o, təşkilatın silah emalatxanalarından birinə başçılıq edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu   Qəzza  


Bizi "telegram"da izləyin