Ukrayna Müdafiə Nazirliyi: Silahlı Qüvvələrin “Patriot” HHM sistemləri NATO-nun hərbi “Wi-Fi”na qoşulacaq

2025/04/1744432159.jpg
Oxunub: 704     18:01     31 May 2025    
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan “Patriot” hava hücumundan müdafiə sistemləri (HHM), həmçinin “F-16” və “Mirage 2000” təyyarələri NATO-nun "hərbi Wi-Fi"na - Link-16 sisteminə qoşulacaq.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko bildirib.

Onun sözlərinə görə, nazirlik NATO-nun qeyri-kommersiya proqram təminatından - İdarəetmə və Xəbərdarlıq Mərkəzinin Sistem İnterfeysindən (CRC System Interface, CSI) istifadə haqqında saziş imzalayıb.

"Proqram təminatı Link-16 məlumat ötürmə protokolundan - NATO-nun "hərbi Wi-Fi" şəbəkəsindən istifadə etməklə döyüş idarəetmə sisteminin elementidir. Bu, təyyarələrin (“F-16”, “Mirage 2000”), inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə vasitələrinin (“Patriot”) idarə edilməsini təmin edir", - nazir müavini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Patriot  


Bizi "telegram"da izləyin