ABŞ-nin müdafiə naziri Asiya ölkələrini müdafiə xərclərini artırmağa çağırıb

2025/05/1748688005.jpg
Oxunub: 816     19:39     31 May 2025    
ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən “Shangri-La” Dialoqu təhlükəsizlik sammitində çıxışı zamanı Asiya ölkələrini hərbi xərclərini artırmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Heqset Çinin Tayvana qarşı güc tətbiq etməyə hazırlaşdığını irəli sürərək, təhlükənin “real və ehtimal ki, qaçılmaz olduğunu” deyib.

Tramp administrasiyasının Avropa ölkələrini müdafiə xərclərini artırmağa məcbur etdiyini xatırladan Heqset oxşar yük bölgüsünün artıq Asiyada da həyata keçirilməli olduğunu bildirib.

Heqset region ölkələrinin Avropadakı müttəfiqlər kimi müdafiə sərmayələrini sürətləndirməli olduqlarını vurğulayıb.

Çıxışında ABŞ-nin Hind-Sakit okean bölgəsindəki hərbi varlığını artırma planlarını da açıqlayan müdafiə naziri ilk dəfə Avstraliyada orta mənzilli raket sisteminin sınaqdan keçiriləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Asiya  


Bizi "telegram"da izləyin