"Asiya" sözünə uyğun 4876 nəticə tapıldı!

İranın müdafiə strategiyasına təsir edən 6 faktor - ANALİZ

2018/12/Iran--1544681738.jpg
Oxunub: 337     10:13     13 Dekabr 2018    
İranın ballistik raketləri sınaqdan keçirməsi başda ABŞ olmaqla, Avropa ölkələri və Yaxın Şərqdə böyük narahatlıqlar doğurub. ABŞ prezidenti Trampın ABŞ-ın Ortamənzilli Nüvə Qüvvələri Müqaviləsindən geri çəkilməsinin əsas səbəblərindən birinin İranın raket proqramları olduğunu deməsi və İran İnqilab Keşikçiləri Korpusunun ABŞ müqavilədən çəkilərsə, raketlərin mənzilini artıracağı barədə təhdidlər etməsi vəziyyəti daha da gərginləşdirib. Bəs İranın raket siyasətinə və müdafiə strategiyasına təsir edən faktorlar hansılardır?

1. 1980-ci il İraqın İrana müdaxiləsi: Səudiyyə Ərəbistanı, Küveyt və dünyanın digər güclü dövlətləri tərəfindən dəstəklənən bu müharibə minlərlə iranlının ölümünə səbəb olub. Bu İranın siyasi psixologiyasında nə olursa olsun sağ qalmaq üçün əlindən gələni etməli olduğuna dair bir iz buraxıb.

2. İraqın “Skad” raketlərindən sistematik istifadəsi: 8 il müddətində İraq İran şəhərlərinə 533 dəfə ballistik raketlə atəş açıb. Bu, İranın öz şəhərlərini qorumaq üçün öz ballistik raket proqramlarına investisiya etməsində əsas motivasiya verən faktorlardan olub.

3. Səddam Hüseynin İrana qarşı kimyəvi silahlardan istifadə etməsi: Səddam Hüseynin kimyəvi silahlardan istifadə etməsinin qarşısını ala bilməyən beynəlxalq qurumları görən İran, onlara etibar etməməli olduğunu öyrənib.

4. Regiondakı dövlətlərin bərabər resurslara sahib olmaması: İran illərdir silah embarqosu altında olmasına qarşılıq Səudiyyə Ərəbistanın ABŞ-ın ən iri silah alıcısı olması region ölkələrinin resurslarında qeyri-bərabərliyin olmasına gətirib çıxarıb. Digər tərəfdən, İsrail sadəcə hərbi avadanlıqlar almaq üçün 19,6 milyard dollar xərcləyərkən, İranın ümumi müdafiə büdcəsi 14,5 milyard dollardır.

5. İranın regionda ABŞ tərəfindən əhatələnməsi: Regionda ABŞ və nüvə silahına malik İsrail və Pakistan kimi ölkələrin olması İranın daim müdafiə vəziyyətində olmasını şərtləndirib.

6. ABŞ-ın İran düşmənçiliyi: ABŞ son illərdə Tehranı beynəlxalq aləmdən izolyasiya etmək üçün hər cür iqtisadi, siyasi və kiber müharibə vasitələrindən istifadə edib.

Bütün bu faktorlar İranın raketlərlə bağlı siyasətinin və müdafiə strategiyasının bir gündə formalaşmadığını, illərdir yaşanmış hadisələrin siyasi psixologiyaya hopduğunu və hazırda özünü göstərdiyini sübut edir.

Sevinc Əliyeva
Ordu.az


Teqlər: İran   Raket-proqramı