Hindistan ilk dəfə olaraq Pakistanla qarşıdurmada döyüş təyyarəsi itkisini etiraf edib

2025/05/1748685298.jpg
Oxunub: 714     15:57     31 May 2025    
Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan ölkəsinin may ayında Pakistanla dörd günlük münaqişə zamanı bəzi döyüş təyyarələrini itirdiyini təsdiq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu bəyanat Yeni Dehlinin ilk rəsmi etirafıdır.

Sinqapurdakı “Shangri-La” Dialoqunda “Bloomberg TV”yə danışan Çauhan qeyd edib: “Burada vacib olan nə qədər təyyarənin vurulduğu deyil, niyə vurulduğudur”.

O vurğulayıb ki, rəqəmlərə diqqət yetirməkdənsə, taktiki səhvləri təhlil etmək lazımdır.

Pakistanın 6 Hindistan təyyarəsini vurması ilə bağlı iddiasını “tamamilə yalan” adlandıran Çauhan Hindistanın neçə təyyarə itirdiyi sualına cavab verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin