Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Fransa bugünkü müasir döyüş meydanlarında əvəzolunmaz olan PUA-larla bağlı sahədən öyrənilən dərslərlə yanaşı, praktik istehsaldan qoşunların təliminə qədər prosesi əhatə etməyə davam edir.
Fransa Quru Qoşunları Komandanlığının verdiyi məlumata görə, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Qəzzada davam edən qarşıdurmadan sonra ordular tərəfindən PUA-lardan istifadə xeyli intensivləşib.
Bu çərçivədə Fransa ordusu PUA məktəbinə əlavə olaraq bir neçə Taktiki PUA Təlim Mərkəzi (CETD) qurduğunu açıqlayıb. 2023-cü il iyulun 1-də qurulan PUA məktəbi nano-PUA, mikro-PUA operatorları və təlimatçıları hazırlayır.
Bundan əlavə, məktəbdə xüsusi istehsal olunan PUA-ların (DT46, “Ebee TAC” və SMDR) və taktiki PUA-ların (BH3, EVO NANO və ya DJI, NX 70, PARROT ANAFI, “EBEE Vision”, “Tundra 2” və MTO CP) operatorları hazırlanır.
Sevinc Əliyeva
Ordu.az