Çin Ukraynaya və Qərbə satmadığı PUA-ları Rusiyaya satır

2025/05/1748670385.jpg
Oxunub: 450     15:14     10 İyun 2025    
Ukrayna prezidenti Vladimir Zelenski Çinin Ukrayna və Qərb ölkələrinə Pilotsuz Uçuş Aparatlarının (PUA) satışını dayandırdığını, lakin Rusiyaya tədarükü davam etdirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kyiv Independent” məlumat yayıb.

Zelenski mayın 29-da “Bloomberg”ə verdiyi açıqlamada qeyd edib: “Çində istehsal olunan “Mavic” PUA-ları ruslar üçün açıqdır, lakin ukraynalılar üçün bağlıdır”.

DJI tərəfindən istehsal olunan “Mavic” seriyası adətən mülki istifadə üçün nəzərdə tutulub, lakin döyüşlərdə kəşfiyyat və döyüş sursatlarının daşınması məqsədilə geniş şəkildə istifadə olunur.

Ukrayna lideri, həmçinin vurğulayıb ki, Rusiya ərazisində Çin nümayəndələri ilə bəzi istehsal xətləri fəaliyyət göstərir.

Avropadakı bəzi rəsmilər “Bloomberg”ə bildiriblər ki, Çin təkcə PUA satışlarını deyil, həm də mühərrik maqnitləri kimi əsas komponentlərin ixracını məhdudlaşdırıb, eyni zamanda Rusiyaya tədarükləri artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ukrayna   Qərb  


Bizi "telegram"da izləyin