Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Fransa Hərbi Dəniz Qüvvələrinin (HDQ) verdiyi məlumata görə, yeni sualtı qayıq 2026-cı ildə dəniz sınaqlarına başlamazdan əvvəl əlavə avadanlıq və sınaqlardan keçəcək.
“De Grasse” Fransa Hərbi Dəniz Qüvvələrinin “Rubis” sinfinə məxsus SSN-lərini əvəz etmək üçün planlaşdırılan altı sualtı qayıqdan dördüncüsüdür.
“Naval Group” üçüncü sualtı qayığı ötən ilin noyabrında Fransanın müdafiə tədarükü agentliyinə təhvil verib.
“De Grasse” sualtı qayığının uzunluğu 99 metr, eni 8,8 metr və subasımı qabiliyyəti təxminən 4700 tondur.
Sevinc Əliyeva
Ordu.az