Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məsələ ilə tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqtonun növbəti dörd il ərzində Taypeyə silah ixracını artırmaq planı Trampın Tayvan administrasiyasına bağlılığı ilə bağlı narahatlıqları azaltmaq və Pekinlə münasibətlərdə yeni gərginlik yaratmaq məqsədi daşıyır.
Rəsmilərdən biri bildirib ki, ediləcək bildirişlərlə silah satışı Trampın 2017-2021-ci illər dövrünü “asanlıqla” keçə bilər.
Tramp administrasiyası ilk dövründə Tayvan administrasiyasına təxminən 18,3 milyard dollarlıq silah satışını təsdiqləyib. Bu rəqəm Bayden administrasiyası boyunca təxminən 8,4 milyard dollar olaraq qalıb.
ABŞ rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, Tayvan administrasiyasının ən mühüm beynəlxalq dəstəkçisi və silah təchizatçısı olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az