ABŞ silah alışı sisteminə yanaşmasını dəyişir

2025/01/1737824920.jpg
Oxunub: 661     08:54     31 May 2025    
ABŞ Ukraynadakı müharibə təcrübəsini öyrənir və silah alışı sisteminə yanaşmasını dəyişir.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

“Bir çoxlarınız kimi biz də Ukrayna müharibəsindən öyrəndik ki, müharibənin xarakteri sürətlə dəyişir. Biz artıq müdafiə satınalmalarını keçmişdə olduğu kimi apara bilmərik. Gec və büdcədən artıq təhvil veriləcək qüsursuz sistemləri gözləmək üçün aylar və illər sərf etmək artıq mümkün deyil”, - deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ yeni texnologiyaların sürətlə tətbiqi üzərində işləyir, çünki bu, onlara düşmənlərinin qarşısını daha yaxşı almağa imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Silah  


Bizi "telegram"da izləyin