ASFAT tərəfindən Pakistan üçün istehsal edilən “PNS Khaibar” ilk səfərinə çıxıb

2025/05/1748667028.jpg
Oxunub: 670     16:49     31 May 2025    
“İstanbul” Dəniz Gəmiqayırma Zavodu Komandanlığında Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün ASFAT-ın baş podratçılığı altında inşa edilən “PNS Khaibar” (F-282) ilk səfərinə çıxıb.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin etdiyi paylaşımda gəmi üçün avadanlıq və liman sınaqlarının tamamlandığı, ilk səfərlə “Dəniz Qəbul Sınağı Prosesi”nə başlanıldığı bildirilib.

Türkiyə ilə Pakistan arasında bu günə qədər ən əhəmiyyətli müdafiə layihəsi olan PN MİLGEM üçün müqavilə 2018-ci ildə imzalanıb.

Türkiyə HDQ-nin MİLGEM Layihəsi əsasında Pakistan HDQ üçün 4 korvet inşa ediləcək.

İki gəmi “İstanbul” Dəniz Gəmiqayırma Zavodu Komandanlığı, digər iki gəmi isə Pakistanın dövlət gəmiqayırma zavodu olan “Karachi Shipyard & Engineering Works” (KS&EW) tərəfindən inşa edilir.

Seriyanın üçüncü gəmisi olan və sınaqlarına başlanılan F-282 “PNS Khaibar” 2021-ci il mayın 1-də İstanbulda xizəyə qoyulmuşdu. Sınaqlardan sonra çatdırılma prosesi başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASFAT   Pakistan  


Bizi "telegram"da izləyin