Türkiyə-Suriya-İordaniya Koordinasiya Bölməsi Dəməşqdə fəaliyyətə başlayıb

2025/05/1748666969.jpg
Oxunub: 654     15:48     31 May 2025    
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Türkiyə, Suriya və İordaniyadan ibarət Koordinasiya Bölməsinin 2025-ci il mayın 19-da Dəməşqdə fəaliyyətə başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Suriyada vahid silahlı struktur kimi yalnız Suriya ordusunun olması və SDQ terror təşkilatının Suriya ordusuna inteqrasiyası məsələsində mövqeyimiz dəyişməyib”, - deyə mənbələr qeyd ediblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

Suriyadakı mövcud hadisələri şərh edən rəsmilər bildiriblər: “Daha əvvəl İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində beş ölkənin birgə Əməliyyat Mərkəzinin yaradılmasına qərar verilmişdi. Yeni Suriya hökumətinin dəvətinə uyğun olaraq, Koordinasiya Bölməsi Dəməşqdə işləmək üçün qəbul edilib. Bu çərçivədə Türkiyə, Suriya və İordaniyadan ibarət bölmə fəaliyyətə başlayıb. Türkiyə olaraq bu struktura personal dəstəyi də verdik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   İordaniya  


Bizi "telegram"da izləyin