Ali Radanın komitə sədri: “Ukrayna hər il kölgə sxemlərinə görə 21 milyard dollar itirir”

2025/05/e3235-1748666027.jpg
Oxunub: 532     04:40     31 May 2025    
“Hər il Ukraynanın dövlət büdcəsi kölgə sxemlərinə görə 19,2 - 21,6 milyard dollar itirir”.

Ordu.az xəbər verir ki, bu barədə Ali Radanın maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Danil Getmantsev məlumat verib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının 30-50%-i kölgədədir:

“İqtisadiyyatın 30-50%-i kölgədədir, elə sənayelər var ki, orada 60%-dən artıqdır, bu, iqtisadi inkişafa əsas maneədir. İqtisadiyyatın kölgədən çıxarılması Ukrayna ordusunun ehtiyaclarını maliyyələşdirmək üçün büdcə vəsaitlərinin çatışmazlığını ödəyə bilər”.

2024-cü ilin noyabrında Radanın deputatı Olqa Vasilevska-Smaqlyuk bildirib ki, Ukrayna büdcəsi kölgə sxemlərinə görə hər ay 100 milyard qrivna və ya 2,4 milyard dollar itirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kölgə-sxemi  


Bizi "telegram"da izləyin