Ordu.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən “Haber Global” telekanalı məlumat yayıb.
Telefon danışığı zamanı diplomatlar ikitərəfli münasibətləri, həmçinin Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımları müzakirə ediblər.
“Görüşdə Suriyadakı son hadisələr, Pakistan və Hindistan arasındakı münasibətlərdəki vəziyyət və digər regional məsələlər də müzakirə edilib”, - mənbə bildirib.
Ordu.az