Tramp Makrona arvadı ilə bağlı tövsiyə verib

2025/05/1748665161.jpg
Oxunub: 485     09:05     31 May 2025    
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona və xanımı Bricitə ictimai qarşıdurmalardan çəkinməyi tövsiyə edib.

Ordu.azın xəbərinə görə, bunu Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“Qapıların bağlı olduğundan əmin olun”, deyə Tramp iştirak edənlərin gülüşünə cavab verib.

“Onunla danışdım, yaxşıdır. Onlar yaxşı insanlardır. Mən onu çox yaxşı tanıyıram və orada nə baş verdiyini bilmirəm”, - Ağ Evin sahibi əlavə edib.

Qeyd edək ki, Fransanın birinci xanımı Bricit Makron Vyetnama rəsmi səfər zamanı əri - Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurub. Hadisə dövlət başçısının təyyarəsində baş verib. Bricit Makron ərinə sillə vurduqdan sonra Makronun təklif etdiyi kömək əlini də nümayişkaranə şəkildə rədd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Makron   Arvad  


Bizi "telegram"da izləyin