Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Hökumətin Səmərəliliyi Agentliyinin (DOGE) bir çox əməkdaşı öz işinin başındadır. İlon da onlarla qalacaq. O, gəlib-gedəcək", - Tramp bildirib.
Tramp hesab edir ki, Mask hələ də onun administrasiyası üçün faydalı olacaq.
Tramp həmçinin gördüyü işlərə görə ona təşəkkür edərək amerikalıları əmin edib ki, onlar Maskın DOGE-un rəhbəri kimi fəaliyyətinin nəticələrini bir-iki ildən sonra görəcəklər.
Mask izə öz növbəsində məsələ ilə bağlı bunları deyib: “Mən Vaşinqtona gəlməyə davam edəcəyəm və prezidentin dostu və müşaviri olacağam”.
Ordu.az