Ordu.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Almaniyanın xarici işlər naziri Yoxan Vadeful bildirib.
"İsrail müxtəlif tərəfdən ciddi təhdidlərə məruz qalır: Husilər, Hizbullah hərəkatı, İran. İsrail həmin təhdidlərdən müxtəlif formalarda, o cümlədən Almaniya silahlarının köməyi ilə müdafiə olunmağı bacarmalıdır. Başqa bir sual budur: Qəzza zolağında baş verənlərin beynəlxalq humanitar hüquqla necə əlaqəsi var?"- Vadeful deyib.
O, həmçinin qeyd edib ki, Almaniya bu suala cavab axtarır və bunun əsasında növbəti silah tədarükünə icazə və ya qadağa ilə bağlı qərar verəcək.
Ordu.az