Rusiyanın BMT-dəki daimi nümayəndəsi Ukraynada atəşkəsin şərtini açıqlayıb

2025/05/1748617802.jpg
Oxunub: 584     18:51     30 May 2025    
Prinsip etibarilə Qərb ölkələri Ukraynaya silah təchizatını, rəsmi Kiyev isə səfərbərlik üzrə orduya çağırışı dayandırmalıdır.

Ordu.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Rusiya rəsmisi ölkəsinin atəşkəsə hazır olduğunu və Kiyevin adekvat addımlar atacağı təqdirdə, buna razılıq verəcəklərini açıqlayıb.

O əlavə edib ki, Rusiya üçün münaqişənin köklü səbəblərinin birdəfəlik həlli prinsipial dərəcədə vacibdir.

Daimi nümayəndə Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nə qədər lazımdırsa, davam etdirməyə və genişləndirməyə hazır olduğunu da vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   BMT   Ukrayna  


Bizi "telegram"da izləyin