Moskvada Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanan terror aktının qarşısı alınıb

2025/05/1748612168.jpg
Oxunub: 1402     17:28     30 May 2025    
Moskvada Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanan terror aktının qarşısı alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, terrorçuluğa ictimai bəraət qazandıran işin araşdırılması zamanı müttəhimin üzərində meşə parkındakı bağlamanı götürmək əmrini verən Kiyevdən olan kuratorla yazışmaların olduğu telefon tapılıb.

Baxış zamanı müstəntiqlər partlayıcı qurğu aşkar edərək götürüblər. Məlum olub ki, kuratorun göstərişi ilə təqsirləndirilən şəxs insanların toplaşdığı yerlərdə partlayış törətmək üçün istifadə etməyi planlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Terror  


Bizi "telegram"da izləyin