Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır

2022/05/20211-1652178093.jpg
Oxunub: 445     15:23     30 May 2025    
Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna Rusiya tərəfinin görüş başlamazdan əvvəl memorandum layihəsini təhvil verməsini israr edir.

“Ukrayna növbəti görüşə hazırdır, amma biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiyanın layihəsini əldə etmək vacibdir. Vaxt kifayət qədərdir - sənədlərin hazırlanması və göndərilməsi üçün dörd gün kifayətdir”, - Yermak əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yermak   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin