Ordu.az “unn.ua”ya istinadən xəbər verir ki, bunu türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
O qeyd edib ki, nümayəndə heyətlərinin sonuncu İstanbul görüşündə əldə olunan üç razılaşmadan biri məhz dövlət başçılarının görüşünə hazırlıqla bağlı olub:
“Əlbəttə ki, biz bu görüşün daha geniş formatda, ABŞ prezidenti Donald Trampın da iştirakı ilə keçirilməsini alqışlayacağıq”.
Ordu.az