Hakan Fidan: "Rusiyadakı danışıqlarımızda NATO-Ukrayna münasibətləri müzakirə olunmayıb"

2025/01/1738142498.jpg
Oxunub: 357     13:53     30 May 2025    
Ukraynanın NATO-ya üzvlüyü məsələsi, ümumi qurumun bu ölkə ilə münasibətləri Alyans daxilində uzun müddətdir müzakirə olunsa da, baxışlar müxtəlifdir.

Ordu.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mayın 30-da Kiyevdə keçirilən brifinqdə bildirib.

"Xüsusilə müharibənin davam etməsi reallığını nəzərə alaraq, bu məsələdə NATO daxilində müəyyən konsensus yoxdur", - o deyib.

XİN rəhbərinin sözlərinə görə, üzv ölkələrin Ukraynaya müxtəlif yanaşmaları var.

"Əlbəttə ki, bu barədə danışıqlar davam edəcək. Bildiyiniz kimi, NATO təhlükəsizliyin təmin edilməsinin preventiv formasına malikdir və burada hansı əməkdaşlıq formasının Ukrayna üçün maksimum faydalı olacağını nəzərdən keçirmək lazımdır. Burada həm Avropa mövqeyi, həm Amerika mövqeyi, həm də bizim mövqeyimiz var. Rusiyada aparılan danışıqlar zamanı bu məsələ gündəlikdə olmayıb, ona görə də bu, daim davam edən bir prosesdir" - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Rusiya   NATO   Ukrayna  


Bizi "telegram"da izləyin