Ukrayna XİN rəhbəri: "Türkiyənin gələcək davamlı dəstəyinə ümid edirik"

2025/05/1748321915.jpg
Oxunub: 352     13:45     30 May 2025    
Ukrayna sülh üçün verdiyi davamlı dəstəyə görə Türkiyəyə minnətdardır və Ankaranın gələcək davamlı dəstəyinə ümid edir.

Ordu.az-ın məlumatına görə, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Türkiyədən olan həmkarı Hakan Fidan ilə mayın 30-da Kiyevdə keçirdiyi brifinqdə bildirib.

"Həmkarım Hakan Moskvadan yeni qayıdıb və o, orada eşitdikləri və gördükləri barədə məni ətraflı məlumatlandırdı. Biz Ukrayna üçün sülhü yaxınlaşdıran bütün addımları müzakirə etdik" - deyə, o, əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin