Andrey Sibiqa: "Ukrayna dron texnologiyalarında dünyada liderdir"

2025/01/1736360106.jpg
Oxunub: 469     13:35     30 May 2025    
Artıq Ukrayna bəzi müdafiə texnologiyalarında, xüsusilə dron texnologiyalarında dünyada liderdir.

Ordu.az-ın məlumatına görə, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa bu gün Kiyevdə Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Ukrayna getdikcə daha çox özünü təmin etməlidir və artıq müdafiə-sənaye sahəsində əhəmiyyətli uğurlar əldə edib:

"Xüsusilə, bəzi göstəricilərə görə, Ukrayna ordusu üçün hərbi avadanlıq və silah istehsalını 35 dəfə artırmaq mümkün olub. İndi biz artıq müdafiə sənayemiz sayəsində ordumuzun ehtiyaclarının təxminən 40%-ni təmin edə bilirik. Bu son dərəcə yüksək rəqəmdir. Biz indi artilleriya mərmiləri də istehsal edirik, o cümlədən müharibədən əvvəl istehsal etmədiyimiz qərb kalibrli və ya NATO kalibrli mərmiləri də istehsal edirik" - deyə, o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Ukrayna  


Bizi "telegram"da izləyin