Hakan Fidan: "Ukraynada sülhə bir il ərzində nail olmaq mümkündür"

2025/02/1739686493.jpg
Oxunub: 402     13:20     30 May 2025    
Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

"Biz ya bu müharibənin davam etməsinə imkan verəcəyik, ya da bu il ərzində davamlı sülhə nail olacağıq", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir:

"Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik nizamlanmanın yeni başlanğıcı oldu. Biz İstanbulda əldə edilmiş impulsu, dinamikanı qorumaq istəyirik və danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Ukrayna  


Bizi "telegram"da izləyin