NATO Almaniyadan 40 min əlavə hərbi qulluqçu istəyir

2025/05/1748586830.jpg
Oxunub: 598     10:58     31 May 2025    
NATO Rusiya təhlükəsinə qarşı hərbi potensial hədəflərini yeniləyərkən, Almaniyadan əlavə 40 000 hərbi qulluqçu göndərilməsini istəyib.

Ordu.az xəbər verir ki, bu rəqəm təxminən 7 briqadaya uyğundur.

“Reuters”in məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, NATO-nun yeni güc hədəfləri gələn həftə müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Yeni hədəflər müttəfiq ölkələrdən tələb olunan briqadaların ümumi sayının 80-dən 120-130-a qədər artırılmasını nəzərdə tutur.

Almaniya artıq 2030-cu ilə qədər NATO-ya 5000-ə yaxın hərbi qulluqçudan ibarət 10 briqada təhvil verib.

Bu briqadalardan biri Litvada yerləşdirilmək üçün inşa edilir və İkinci Dünya müharibəsindən sonra ölkənin daimi olaraq xaricə göndərdiyi ilk tank briqadası olacaq.

Litvadakı birlik 2027-ci ilin sonuna kimi tam fəaliyyətə hazır vəziyyətə gətiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Almaniya  


Bizi "telegram"da izləyin