Ordu.az xəbər verir ki, bu barədə "Straits Times" məlumat yayıb.
Beləliklə, Bern administrasiyası Kiyev və müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, İsveçrə istehsalı olan silahların yenidən ixracı tələblərini bir daha rədd edib.
Federal Şura öz bəyanatında qeyd edib ki, 96 "Leopard 1 A5" tankının ixracı mövcud qanunvericiliyə görə mümkün deyil.
"Belə bir satış Müharibə Materialları Aktını pozacaq və İsveçrənin neytrallıq siyasətində dəyişikliyə səbəb olacaq", - deyə bəyanatda bildirilib.
Qanun silahı alan ölkə beynəlxalq silahlı münaqişədə iştirak edərsə, silahın təkrar ixracını qəti şəkildə qadağan edir. Federal Şura İsveçrənin neytral ölkə kimi öhdəliklərinə və qanunun aliliyinə üstünlük verildiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az