Ordu.az xəbər verir ki, müqavilə Fransadan əlavə "Rafale" döyüş təyyarələri və "Scorpene" sinfinə məxsus sualtı qayıqlar üçün yeni sifarişlər baxımından yol aça bilər.
İndoneziya 2022-ci ildə Fransa ilə ümumi dəyəri 8,1 milyard dollar olan hərtərəfli müdafiə sazişi imzalayıb.
Bu müqavilə çərçivəsində "Dassault Aviation"dan 42 ədəd "Rafale" döyüş təyyarəsi sifariş edilib, sualtı qayıqların inkişafı və sursat təchizatı sahəsində əməkdaşlıq da nəzərdə tutulub.
Bununla belə, 2025-ci ilin may ayına olan məlumata görə, İndoneziya Hərbi Hava Qüvvələri hələ də heç bir "Rafale" təyyarəsi almayıb. İlk altı təyyarənin 2026-cı ilin əvvəlində inventara qoşulacağı gözlənilir.
Fransanın silahlı qüvvələri naziri Sebastyan Lekornü və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin tərəfindən imzalanan "niyyət məktubu" İndoneziyanın "Rafale" parkına 8-dən 16-ya qədər yeni təyyarə əlavə etməyi planlaşdırdığını ortaya qoyub.
Bu yeni alış İndoneziyanın hava gücünü əhəmiyyətli dərəcədə artıracaq və mövcud 42 təyyarə sifarişindən kənara çıxacaq.
Sevinc Əliyeva
Ordu.az