Pakistan J-35 tədarükünü 2026-cı ilə önə çəkib

2025/05/1748507101.jpg
Oxunub: 481     12:44     30 May 2025    
Pakistan və Hindistan arasında qızğın qarşıdurmadan sonra hər iki tərəfin 5-ci nəsil döyüş təyyarələrinə üz tutması diqqət çəkir.

Ordu.az xəbər verir ki, Pakistan strateji tərəfdaşı Çindən alacağı 40 ədəd J-35-in tədarükünü 2026-cı ilə önə çəkib.

Çində yerləşən media orqanlarının məlumatına görə, Pakistan 40 J-35A (“FC-31 Gyrfalcon” kimi də tanınır) almaq üçün səylərini sürətləndirib. Pakistanın ilk təyyarəsinin çatdırılma tarixi 2026-cı ilə önə çəkilib.

Bu inkişaf o deməkdir ki, Çin ilk dəfə olaraq beşinci nəsil döyüş təyyarəsini müttəfiqinə ixrac edəcək. Ekspertlər qeyd edirlər ki, atılan addımlar regional güc balanslarını yenidən formalaşdıra bilər.

Qeyd edək ki, iki mühərrikli F-35-ə bənzəyən J-35 uzun müddət havada qala bilən və silahlarını gövdənin içərisində daşıya bilən aşağı radara görünmə qabiliyyətli bir təyyarədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   J-35   Hindistan  


Bizi "telegram"da izləyin