Ordu.az xəbər verir ki, bu barədə “Africa Intelligence” məlumat yayıb.
Şirkət ölkədə uzun müddət fəaliyyət göstərməyi hədəfləyir.
2023 və 2024-cü illərdə TUSAŞ tərəfindən Nigeriya HHQ-yə təhvil verilən 6 ədəd “T129 Atak” helikopteri hazırda Nigeriyanın şimalında ilk döyüş missiyalarında iştirak edir.
Helikopterlər real döyüş şəraitində bir sıra sınaqlardan keçirilir. Bu, TUSAŞ və Nigeriya HHQ arasında bir çox satış sonrası qarşılıqlı əlaqə yaradır.
TUSAŞ bu yaxınlarda Abucaya 6 helikopterdən ibarət ikinci partiyanı çatdırmağa hazır olduğunu bildirib. Lakin yüksək səviyyəli komandanlıq hələ ki, təsdiqini verməyib.
Nigeriyanın yüksək rütbəli rəsmiləri yaxın aylarda Türkiyə helikopterlərinin əməliyyat imkanlarının nə qədər uğurlu olduğunu görmək istəyirlər.
Sevinc Əliyeva
Ordu.az