Ordu.az xəbər verir ki, Fransa HDQ əsasən insansız sistemlərlə dənizdə və havada əməliyyat gücünü artırmaq üçün iddialı bir transformasiya prosesinə başlayıb.
Bu çərçivədə 2025-ci ilin mart ayında Aralıq dənizi sahilində keçirilən “Dragoon Fury” təlimində çimərlik geri alma əməliyyatı demək olar ki, tamamilə PUA-larla həyata keçirilib.
Təlim zamanı havadan müşahidə üçün PUA-lardan, düşmən hədəflərinə hücumlar üçün FPV tipli PUA-lardan və düşmən PUA-larına cavab vermək üçün müxtəlif sistemlərdən istifadə olunub.
PUA-lardan düşmənin insansız dəniz platformalarını məhv etmək üçün də istifadə olunub.
Sevinc Əliyeva
Ordu.az