Ordu.az xəbər verir ki, yeni sistemin mənzili artarkən, “ramjet” mühərrik texnologiyası ilə daha inkişaf etmiş hava təhdidlərinə qarşı daha təsirli müdafiə təmin edilməsi hədəflənir.
ABŞ ordusunun “Red Wasp” proqramı çərçivəsində başlatdığı modernləşdirmə prosesi ilə ənənəvi olaraq bərk yanacaqlı raket mühərrikinə və infraqırmızı axtarış başlığına sahib olan “Stinger” raketi böyük dəyişikliklərə məruz qalır.
“Ramjet” mühərrik texnologiyası sayəsində raket əvvəlcə bərk yanacaqla işləyən raket mühərriki ilə atılır və sonra havada olarkən, “ramjet” mühərrikini işə salır. Bu sayədə uçuş boyu fasiləsiz itələmə təmin edilir, raketin mənzili və performans sabitliyi əhəmiyyətli dərəcədə artırılır.
ABŞ ordusundan verilən açıqlamada 2024-cü ildə həyata keçirilən uçuş sınağının uğurlu olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az